Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ehtiram Əliyev saxlanılmışdır
02.02.2018Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari il yanvarın 24-dək olan müddətdə şəhər ərazisində 5 evdən və həyətyanı sahələrdən məişət əşyaları, 10 ev quşu və 30 göyərçin oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Əliyev saxlanılmışdır.