Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis əməkdaşları tərəfindən silah-sursat götürülüb

23.01.2018

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kürqarabucaq kəndində yaşayan Absalam Mustafayevin evinə baxış keçirilib və oradan müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Bulaqlı kənd sakini olan 4 nəfərdən ümumilikdə 4 ədəd - 2 “TOZ”, 1 “İJ” və 1 “Simson” markalı  tüfənglər götürüblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən isə  Qobustan qəsəbəsinin ərazisində “Beretta” markalı tapança, 1 patron darağı və 3 ədəd patron tapılıb.