Oğurluq etdiyinə görə tutulmuş Zaur Zərbəliyevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
23.01.2018Oğurluq etdiyinə görə tutulmuş Zaur Zərbəliyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 4-dən 10-dək olan müddətdə rayon telefon qovşağına məxsus 30 metr telefon kabelini, 1 həyətyanı sahədən məişət əşyaları, habelə 1 evdən qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.