Cinayətin digər iştirakçıları da müəyyən edildi
21.01.2018Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə yanvarın 19-da Məlhəm kəndindəki evlərdən birində ev sahibinə və onun arvadına qarşı quldurluq etmiş qrupun 2 üzvü də müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qrup üzvləri Kənan Səfərov və İbrahim Mustafayev də saxlanılaraq istintaqa təhvil veriliblər.