Saatlı şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
21.01.2018Yanvarın 21-də saat 15 radələrində Saatlı şəhərinin ərazisində rayon sakini Xalid Quliyevin idarə etdiyi “Mercedes” və Biləsuvar rayon sakini Nadir Əsədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Əsədov və 4 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Əziz Məmmədov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.