Yardımçı təsərrüfatdan 19 ev quşu, 15 kisə arpa və buğda oğurlamaqda şübhəli bilinən Sabirabad rayonunun Axıska kənd sakini Nizami Ələkbərov saxlanılmışdır
21.01.2018Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-dən cari il yanvarın 15-dək olan müddətdə Axıska kənd sakini Ruslan Kamalova məxsus yardımçı təsərrüfatdan 19 ev quşu, 15 kisə arpa və buğda oğurlamaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Nizami Ələkbərov saxlanılmışdır.