Sabunçu rayon telefon qovşağına məxsus telefon kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev saxlanılaraq istintaqa təhvil verilib
05.01.2018Cari il yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub.
Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib.Araşdırma aparılır.