Paytaxtın Nəsimi rayonu ərazisindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Muradov saxlanılmışdır
05.01.2018Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki mağazaların birindən 350 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Muradov saxlanılmışdır.