Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Eldar Murquzov saxlanılmışdır
30.12.2017Dekabrın 30-na keçən gecə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evlərdən birinin həyətindən su mühərriki və ev əşyaları oğurlanmışdır.
Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən görülən tədbirlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Murquzov saxlanılmışdır. Ondan 1 ədəd “SPŞ” markalı fişəngatan, 1,514 qram həşiş və 0,245 qram marixuana götürülmüşdür.