Sabirabad rayonunun Qaragüney kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.12.2017Dekabrın 30-da saat 20 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Bakı şəhər sakini Hüseyn Hüseynovun idarə etdiyi “AzSamand” və Saatlı rayon sakini Əjdər Amanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Amanov hadisə yerində ölmüş, 1 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.