Masallı rayonunun Mahmudavar kəndi ərazisində yaşayan Məzahir Kazımovun evində təbii qazın sızmasından yanğın baş vermişdir
30.12.2017Dekabrın 30-da saat 4 radələrində Masallı rayonunun Mahmudavar kəndi ərazisində yaşayan Məzahir Kazımovun evində təbii qazın sızmasından yanğın baş vermişdir.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra M.Kazımovun arvadı Mariyanın yanmış meyiti tapılmışdır.