Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerində yayınmaqda şübhəli bilinən Füzuli rayon sakini Həsənağa Hümbətov saxlanılıb

28.12.2017

Dekabrın 23-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pərviz Məmmədov vurulmuşdur. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, ona ilkin tibbi yardım göstərilmişdir. 

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü - Füzuli rayon sakini Həsənağa Hümbətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir.   

Araşdırma aparılır.