DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Dələduzluqda şübhəli bilinən Corat qəsəbə sakini Əbülfəz Gülağayev saxlanılmışdır

28.12.2017

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 18-də Alişan Paşayevin 190 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əbülfəz Gülağayev saxlanılmışdır.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral ayından dekabr ayınadək olan müddətdə D.Əliyevin bank hesabından 347 manat, S.Səfərova məxsus “Hyundai” markalı avtomobildən içərisində kitab və şəxsi əşyalar olan çanta və bir velosipedi oğurlaması da müəyyən edilmişdir.