Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini S.Məmmədlinin çantasından pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

19.12.2017

Dekabrın 8-də Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.

Faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə dekabrın 15-də oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt sakini Seyfəddin Mustafayev olması müəyyən edilib və digər cinayətlərinin də üstü açılıb. Əməliyyat tədbirləri ilə onun dekabrın 11-də və 12-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı və Göyçay rayon sakinləri olan iki qadının içərisində pul, sənəd və bankomat kartları olan pulqabılarını oğurlaması da müəyyən edilib.