Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Metroda vətəndaşların ciblərindən mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

19.12.2017

Dekabrın 18-də də Metropolitendə Polis Şöbəsinə metronun “Elmlər Akademiyası” və “Nəriman Nərimanov” stansiyalarının platformalarında Beyləqan rayon sakini Səbinə Səfərli və Bakı şəhər sakini Kamran Quliyevin ciblərindən mobil telefonlarının oğurlanmaları barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının peşəkarlıqla və “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğun üstü qısa vaxtda açılıb və bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Neftçala rayon sakini Natiq Bədəlov olması müəyyən edilib. Baxış zamanı onun üzərindən və kirayədə yaşadığı mənzildən ümumilikdə 4 ədəd - 2 ədəd “Samsunq J-2” , 1 ədəd  “LG” və 1ədəd  “İphone 5 S”   markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.   

Araşdırmalar aparılır.