Liman şəhər sakini Heydər Axundov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən aldığı xəsarətdən hadisə yerində ölmüşdür
14.12.2017Dekabrın 14-də Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini, 15 yaşlı Heydər Axundov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almış və hadisə yerində ölmüşdür.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan tüfəng götürülmüşdür.
Araşdırma aparılır.