Siyəzən rayonunun Çandahar kəndi ərazisində dəniz kənarındakı qayıqlara nəzarət köşkündə yanğın baş vermişdir
14.12.2017Dekabrın 14-də saat 10 radələrində Siyəzən rayonunun Çandahar kəndi ərazisində dəniz kənarındakı qayıqlara nəzarət köşkündə yanğın baş vermişdir. Nəticədə köşkün yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra gözətçi - rayon sakini Arif Quliyevin yanmış meyti tapılmışdır.
Araşdırma aparılır.