Ümumilikdə 68300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotekniki məmulatlar aşkar edilərək götürülmüşdür
13.12.2017Dekabrın 13-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Masallı rayon sakinləri Zöhrab Mirzəyev və Raqif Mirzəyevdən ümumilikdə 68300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotekniki məmulatlar aşkar edilərək götürülmüşdür.