Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Həsən Kazımovun yaşadığı evdə elektrik naqillərinin qısaqapanmasından yanğın baş vermişdir
13.12.2017Dekabrın 13-də saat 21 radələrində Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Həsən Kazımovun yaşadığı evdə elektrik naqillərinin qısaqapanmasından yanğın baş vermişdir. Nəticədə 12 kvm. sahədə 1 otağın yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra H.Kazımovun yanmış meyiti tapılmışdır.
Araşdırma aparılır.