Gün ərzində 100 cinayət faktı qeydə alınıb
02.12.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 18 nəfər tutularaq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.