Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Eltac Yılmazın daha 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib
02.12.2017Ötən il dekabrın 31-də Gəncə şəhərindəki ticarət köşklərinin birindən 28 manat və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəhər sakini Eltac Yılmaz Kəpəz RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun cari ilin mart-noyabr ayları ərzində şəhər ərazisində 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.