Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi

21.11.2017

Noyabrın 21-də saat 13 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Lənkəran şəhər sakini Yusif Həsənov idarə etdiyi “Hovo” markalı yük avtomobilini yolun kənarında dayanmış “İsuzu” markalı 149 saylı xətt avtobusuna vurub.

Nəticədə avtobusdakı sərnişinlərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanılıb. Yük avtomobilini idarə edən Y.Həsənov qeyd olunan maddə ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

21.11.2017 tarixinə olan kriminal məlumatlar