Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Keçmiş arvadı Mətanət Muxtarovanı qətlə yetirməkdə şübhəli bilinən Fariz Muxtarov tutulub

21.11.2017

Oktyabrın 5-də Gədəbəy rayonunun Arıqdam kəndində kənd sakini Fariz Muxtarov münaqişə zəminində keçmiş arvadı Mətanət Muxtarovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Nəticədə M.Muxtarova aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən F.Muxtarovun Şəmkir rayonu ərazisində gizləndiyi müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan yayınan şəxs Şəmkir rayonu ərazisində qaldığı evdə tutularaq şübhəli şəxs qismində  istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

21.11.2017 tarixinə olan kriminal məlumatlar