Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil doğranmış vəziyyətdə tapıldı

08.11.2017

Bakı şəhər sakini İsmayıl İmamverdiyev DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə məlumat verib. 

Hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlayan Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları qaçırılan avtomobilin Siyəzən rayonunda tapılması barədə məlumat əldə ediblər.

Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə keçirilən tədbirlərlə şübhəli şəxslər müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla rayon sakinləri Teymur Əliyev və əvvəllər məhkum olunmuş Rövşən Həmidovun  oğurladıqları həmin avtomobili birincinin evinin həyətində ayrı-ayrı hissələrə böldükləri, bəzi hissələrini isə satdıqları müəyyən edilib.   

Polis əməkdaşları tərəfindən qeyd edilən avtomobilin dam hissəsi  T.Əliyevin həyətində aşkar edilərək, digər hissələr isə doğranmış vəziyyətdə rayon ərazisindəki gölün ətrafında tapılaraq maddi sübut kimi götürülüb.   
Faktla əlaqədar cinayət işi başlanılıb.