Oğurluqda şübhəli bilinən Corat qəsəbə sakini Səxavət Hüseynovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
08.11.2017İyulun 28-də Sumqayıt şəhəri ərazisindəki mağazalardan birindən 87 manat oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səxavət Hüseynov Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki həyətlərdən birindən 34 ev quşu, bir evdən məişət əşyaları oğurlaması, habelə bir nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.