Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.10.2017Oktyabrın 30-da saat 8 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində Bərdə şəhər sakinləri Etibar Eyvazovun idarə etdiyi “VAZ-2106” və Allahverdi Minazinin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub. Nəticədə E.Eyvazovun sərnişinlərindən - Qızılhacılı qəsəbə sakini Mənzər Vəliyeva hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.