Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaq doldurma məntəqəsində partlayış baş verib
30.10.2017Oktyabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaq doldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, habelə məntəqənin yardımçı otağı və yaxınlıqdakı çardaq dağılıb, G.Nəsirov, N.Cəfərov və onun qardaşı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Nahid Cəfərov orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir.
Araşdırma aparılır.