Kəngərli rayonunun Qıvraq qəsəbə qəsəbə sakini, azyaşlı Yusif İsmayılov yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərədn ölüb
28.10.2017Oktyabrın 27-də saat 18 radələrində Kəngərli rayonunun Qıvraq qəsəbəsində Şahtaxtı kənd sakini Zahid Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Yusif İsmayılovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq oktyabrın 28-də orada ölüb.
Kəngərli RPŞ tərəfindən araşdırma aparılır.