6 akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Pərviz Bayramov tutulub
28.10.2017Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 26-na keçən gecə Yeni Gəncə qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Bayramov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.