Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.10.2017Oktyabrın 24-də saat 01 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Əliyaqublu kənd sakini Azər Heydərov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə A.Heydərovun sərnişinlərindən, həmkəndlisi Elvin Məmmədov hadisə yerində ölüb, digər 5 sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.