Yevlax rayonunun Salahlı kəndi ərazisində “VAZ-21099” markalı avtomobillə kənd sakini T.Qasımova vurulub
24.10.2017Oktyabrın 18-də saat 19 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində kənd sakini Mehman Kukuyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmkəndlisi Təzəgül Qasımovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada oktyabrın 24-də orada ölüb.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.