Bakı şəhər sakini olan bir qadından zor tətbiq edərək ondan 1500 manat pul almaqda şübhəli bilinən Abhüseyn Axundov tutulub
08.10.2017Oktyabrın 8-də Bakı şəhər sakini olan bir qadın Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək həmin gün rayon ərazisində tanışı Abhüseyn Axundovun zor tətbiq edərək ondan 1500 manat pul almasını bildirib.
5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Axundov tutulub.