Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini Azər Güləliyev, Sumqayıt şəhər sakinləri Rasim Talıbov və Elxan Sultanov tutulublar

08.10.2017

Oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanıb.

ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların oktyabrın 1-dən 7-dək olan müddətdə  daha 5 avtomobildən oğurluq etmələri müəyyən edilib.

Araşdırmalar zamanı onların oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri Qabil Məmmədova və İxtiyar Quliyeva satmaları müəyyən edilib.

Həyata keçirilən tədbirlərlə Q.Məmmədov və İ.Quliyev saxlanılıblar.