Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar köməksiz vəziyyətdə qalmış Rusiya Federasiyası vətəndaşları olan turistlər - Yuriy Sıvarnik və Olqa Juravlyova xilas ediliblər

03.10.2017

Oktyabrın 3-də saat 11 radələrində Şamaxı rayonunun Pirbəhli kəndinin dağlıq ərazisində Rusiya Federasiyası vətəndaşları olan turistlər - Yuriy Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar.
Şamaxı RPŞ və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dağlıq ərazidə onların yeri müəyyən edilərək xilas ediliblər və Bakı şəhərinə yola salınıblar.