Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
03.10.2017Oktyabrın 3-də saat 22 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin ərazisində Bakı şəhər sakini Samirə Həmzəyeva idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nemət Abdullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.