6000 manat dəyərində məişət cihazlarının ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məhəmməd Əkbərov və Şirvan şəhər sakini Mahir Əhmədov tutulublar
11.09.2017Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Nərimanov rayonu ərazisindəki ASC-lərdən birinə məxsus anbardan 6.000 manat dəyərində məişət cihazlarının ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məhəmməd Əkbərov və Şirvan şəhər sakini Mahir Əhmədov tutulublar.