Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2017Sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.