Quldurlurda şübhəli bilinən Bakı şəhər sakinləri Ruslan Şükürlü və Balabəy Məhərrəmov tutulublar
09.09.2017Sentyabrın 8-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasovu bıçaqla hədələyərək içərisində 700 manat olan pulqabısını alıb.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ruslan Şükürlü və Balabəy Məhərrəmov tutulublar.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.