Oğurluqda şübhəli bilinən Xaçmaz rayonunun Qusarçay kənd sakinləri Valeh Mirzəbabayev və Cəlal Cəfərov saxlanılıblar
09.09.2017Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 3-5-də rayon ərazisindəki 2 həyətyanı sahədən 200 kiloqram fındıq oğurlamaqda şübhəli bilinən Qusarçay kənd sakinləri, əvvəllər məhkum olunmuş Valeh Mirzəbabayev və Cəlal Cəfərov saxlanılıblar.