Gün ərzində 69 cinayət faktı qeydə alınıb
03.09.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər tutulub.