Gəncə şəhəri ərazisində yaşayan İ.İsmayılovanın evinə girərək onu və qızını döyüb pul vermələrini tələb etmiş İ.Vəliyev tutulub
03.09.2017Sentyabrın 3-də Gəncə şəhəri ərazisində yaşayan İ.İsmayılovanın evinə girmiş qonşusu İbrahim Vəliyev onu və qızı İlahəni döyərək pul vermələrini tələb etmiş, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Vəliyev tutulub.