Gün ərzində 90 cinayət faktı qeydə alınıb
26.08.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər tutulub.