Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində arvadını və qayınanasını döyən, habelə başqa şəxsə məxsus avtomobili əzib, sonradan onu qaçıran E.Babayev tutulub

26.08.2017

Avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində arvadı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb, habelə evinin qarşısında dayanmış – Tərtər rayon sakini Nizami Əliyevə məxsus “Ford” markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində saxlayıb gedib.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

26.08.2017 tarixinə olan kriminal məlumatlar