Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
08.08.2017Avqustun 8-də saat 13 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Bəhman Cabbarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Yeganə Verdiyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.