Kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb
08.08.2017Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Masallı RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xıl kənd sakini Faiq Balayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
F.Balayevin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (xuliqanlıq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.