Gün ərzində 75 cinayət faktı qeydə alınıb
03.08.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər tutulub.