Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
03.08.2017Avqustun 3-də saat 23 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Xaçmaz rayon sakini Etibar İsmixanov idarə etdiyi “QAZ-3302” markalı avtomobili qarşıda gedən Gədəbəy rayon sakini Şahlar Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinə vurub. Nəticədə E.İsmixanov və sərnişini, oğlu Araz xəstəxanaya aparılarkən yolda ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.