DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

13.07.2017

İyulun 13-də saat 3.00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Lənkəran şəhər sakini İntizar Həbibov idarə etdiyi "KamAZ" markalı avtomobili qarşıda gedən Sumqayıt şəhər sakini Tarzan Səmədovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub və bu zaman Astara rayon sakini Elturan Fərəcovun eyni istiqamətdə idarə etdiyi "Mercedes Vita" markalı avtomobil İ.Həbibovun idarə etdiyi avtomobilə çırpılıb. Nəticədə E.Fərəcovun sərnişinlərindən həmyerliləri Tuhid Əliyev, Şahid Qəhrəmanov, Azad Abdullayev və Ramiz Xudaverdiyev hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.