DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

13.07.2017

İyulun 13-də saat 11 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində kənd sakini Ələmdar Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı su çəninə vuraraq aşırıb. Nəticədə sürücü və sərnişini, həmkəndlisi Şəmsi Rzayev hadisə yerində ölüblər.