Qusar rayonunun Xurel kənd sakini İlqar Ulubəyovu qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi Ramiq Aydabəyov tutulub
05.07.2017İyulun 5-də Qusar rayonunun Xurel kəndindən kənd sakini İlqar Ulubəyov sifət nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və qanaxmadan orada ölüb.
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini Ramiq Aydabəyov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.